Modern.az

Mən yenidən adamam... - Məhbəsdən döyüşə yollanan ukraynalının hekayəsi

Mən yenidən adamam... - Məhbəsdən döyüşə yollanan ukraynalının hekayəsi

22 İyul 2024, 11:10

“Mən yenidən adamam”.

 

Modern.az xəbər verir ki, “The Guardian” nəşri müharibədə iştirak etmək üçün cəlb edilmiş ukraynalı məhbuslardan biri - həbsxanadan döyüşə gedən Vladimir Prisyajnyukun hekayəsindən bəhs edib.

 

"Bir gün o, qayınatası Yuri ilə dalaşır. Hər ikisi sərxoş imiş. "Mən bir litr pivə içdim", - deyə Prisyajnyuk xatırlayır. Mübahisə alovlanıb və o, Yurinin başına iki zərbə vurub. Yaşlı kişi yıxılaraq dünyasını dəyişib. Məhkəmədə Prisyajnyuk günahını etiraf edib və hakimə təcili yardım çağırdığını bildirib. O, adam öldürməyə görə 8 il cəza alıb", - nəşr yazıb.

 

"The Guardian" qeyd edib ki, Prisyajnyuk uzun müddət dəmir barmaqlıqlar arxasında qalması ilə barışıb, lakin iyun ayında o, 67 saylı cəzaçəkmə müəssisəsindən azad edilərək ölkənin cənub-şərqindəki hərbi düşərgəyə gedib.

 

O, Ukrayna Silahlı Qüvvələrindəki boşluqları doldurmaq üçün nəzərdə tutulmuş yeni sxemə əsasən vaxtından əvvəl azad edilmiş 3800 məhbusdan biridir: "İndi hərbi hissələr məhbusları cəlb etmək üçün bir-biri ilə rəqabət aparır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri