Modern.az

Ukraynada iqtisadi artım üçün işçi çatışmazlığı var

Ukraynada iqtisadi artım üçün işçi çatışmazlığı var

22 İyul 2024, 17:12

"Ukraynada iqtisadi artım üçün 4,5 milyon işçi çatışmayacaq".

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat nazirinin müavini Tatyana Berejnaya bildirib.

 

"Müharibə, ukraynalıların xaricə getməsi və daxili miqrasiya ilə əlaqədar Ukraynada kadr çatışmazlığı və struktur işsizlik yaranıb", - deyə nazir müavini əlavə edib. 

 

Rəsmi vurğulayıb ki, 2021-ci ildə əmək bazarında 11,5 milyon işçi var idisə, 2023-cü ildə bu rəqəm 9 milyona qədər azalıb.

 

“İlkin hesablamalara görə, 2030-cu ilə qədər ÜDM-in illik 7% artımını təmin etmək üçün bizə 4,5 milyon əlavə işçi lazımdır”, - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri