Modern.az

Gürcüstandan Türkmənistana yüklər Çin üzərindən daşınacaq

Gürcüstandan Türkmənistana yüklər Çin üzərindən daşınacaq

24 İyul 2024, 10:28

Gürcüstandan Çin üzərindən Türkmənistana yeni yük aviareysi açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkmənabad Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Gürcüstanın "Georgian Airways" aviaşirkəti iyul ayından etibarən Tiflis - Meylan - Türkmənabad - Tiflis istiqamətində yük reyslərini yerinə yetirməyə başlayıb,

 

2023-cü ilin oktyabr ayından Gürcüstanın “Geosky Georgian International Airlines” aviaşirkəti Tiflis – Çjençjou (Çin) – Türkmənabad (Türkmənistan) – Saraqosa (İspaniya) – Tiflis marşrutu üzrə müntəzəm yük reysləri həyata keçirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri