Modern.az

90 yaşlı məşhur musiqiçi vəfat etdi

90 yaşlı məşhur musiqiçi vəfat etdi

24 İyul 2024, 14:42

Britaniyalı blyuz musiqiçisi Con Mayall 90 yaşında Kaliforniyada vəfat edib.

 

Modern.az xəbər verir ki, Mayallın ölüm xəbərini onun yaxınları instaqram səhifəsində bildirib.

 

1960-cı illərdə o, populyar musiqinin inkişafına böyük təsir göstərmiş və Erik Klapton, Peter Qrin və Mayk Teylor da daxil olmaqla bir çox aparıcı rok gitaraçıları üçün başlanğıc meydançasına çevrilən "Bluesbreakers" qrupunu qurub

 

"Con Mayall ictimaiyyəti maarifləndirmək, əyləndirmək və ruhlandırmaq üçün bizə 90 illik yorulmaz iş bəxş etdi", - paylaşımda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri