Modern.az

Avropa İttifaqı Ukraynaya 4,2 milyard avro AYIRIB

Avropa İttifaqı Ukraynaya 4,2 milyard avro AYIRIB

Dünya

6 Avqust 2024, 16:27

Avropa İttifaqı Şurası Ukraynaya 4,2 milyard avroluq makromaliyyə yardımı tranşının ayrılmasını təsdiqləyib.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidməti bildirib.

 

Vurğulanıb ki, Şuranın qərarı Ukraynanın bu vəsaiti almaq üçün planda nəzərdə tutulan zəruri şərtləri və islahatları yerinə yetirdiyini təsdiqləyib.

 

Qeyd olunub ki, bu islahatlar dövlət maliyyəsinin, dövlət müəssisələrinin idarə olunması, biznes mühiti, enerji və minatəmizləmə sahələrini əhatə edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu