Modern.az

Firuz Mustafanın əsərləri Türkiyə oxucularına təqdim edildi - FOTO

Firuz Mustafanın əsərləri Türkiyə oxucularına təqdim edildi - FOTO

Ədəbiyyat

29 Sentyabr 2022, 13:28

Azərbaycanın tanınmış yazıçı-filosofu Firuz Mustafanın əsərləri ölkəmizdə olduğu kimi, yaxın və uzaq xaricdə də nəşr edilməkdədir. Onun son illər Rusiya, İran və Özbəkistandakı bir sıra nəşriyyatlarda bədii əsərləri işıq üzü görüb.

Firuz Mustafanın “Dəniz köçü” əsəri indiyə kimi dünyanın 10-a yaxın dilinə çevrilib.

Modern.az-ın məlumatına görə, əsər bir müddət əvvəl Türkiyədəki “Asmaaltı Yayınevi” tərəfindən “Dünya Ədəbiyyatı” seriyasından “Deniz kervanı” adı ilə kütləvi tirajla nəşr edilib.

Firuz Mustafa həm də məhsuldar bir dramaturqdur. Onun pyeslərinə müxtəlif ölkələrdə 40-dan çox quruluş verilib. Dramaturqun “Neytral zona” (“Tarafsız bölge”) pyesi xüsusilə məşhurdur. Həmin əsər artıq Tütkiyənin “Anatolya kitab” nəşriyyatı tərəfindən nəşrə hazırlanır. Bunu da vurğulamaq lazımdır ki, Firuz Mustafanın adı çəkilən pyesi (“Tarafsız bölge”) Trabzon Teatrının repertuar planına daxil edilib.
Türkiyənin digər teatrlarının da Azərbaycan yazıçısının əsərlərinə müraciət edəcəyi gözlənilir. Firuz Mustafanın adı çəkilən əsərlərini, yəni “Deniz kervanı” povestini və “Tarafsız bölge” tragikomediyasını Türkiyə türkcəsinə Abdulkadir Özkan çevirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər