Modern.az

Hindistanlı tarixdə ilk dəfə Asiyanın ən varlı adamı oldu

Hindistanlı tarixdə ilk dəfə Asiyanın ən varlı adamı oldu

Aktual

14 İyul 2018, 16:05

Asiyanın ən varlı insanı tarixdə ilk dəfə hindistanlı Mukeş Abmani olub.

 

Modern.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, onun sərvəti hazırda 44,3 milyard dollar təşkil edib.

 

Reliance Industries şirkətinin təsisçisi Abmani bu göstərici ilə sələfi Alibaba Group şirkətinin təsisçisi Cek Manı keçərək birinci olub.

Manın sərvəti hazırda Abmanidən 0,3 milyard geridə qalaraq, 44 milyard dollar təşkil edir.

Agentliyin məlumatına görə, Mukeş Abmani şirkətinin neft-kimya və telekomunikasiya aktivlərini artırmaqla gəlirlərini çoxaltmağa nail olub.

Abmaninin 4G genişzolaqlı internet xidməti göstərən Jio servisi Reliance Industries şirkətinə aiddir.


Qeyd edək ki, adi bir müəllim ailəsində dünyaya gələn Mukeş Abmaninin Reliance Industries şirkəti 2000-ci ildə mobil rabitə sahəsində fəaliyyətə başlayıb. Daha sonra o neft-qaz sahəsinə kapital yatıraraq, gəlirlərini artırmağa başlayıb.

 

Əvəz ZEYNALOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı