Modern.az

Bakıda maşından 100 min manatlıq saatlar oğurlandı 

Bakıda maşından 100 min manatlıq saatlar oğurlandı 

Aktual

10 İyun 2021, 16:21

Paytaxtın Binəqədi rayonunda vətəndaş Ə.Quluzadəyə məxsus avtomobildən oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) ərizə ilə müraciət edərək bildirib ki, nəqliyyat vasitəsinin yan şüşəsi sındırılaraq avtomaşının saxlanc yerindən 300 manat, arxa oturacağın üzərindən isə 5 ədəd ümumi dəyəri 100 min manat olan qol saatı oğurlanıb.

 

Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İsmayıl Məlikov saxlanılıb. Onun Binəqədi rayonunda yerləşən evinə baxış zamanı oğurladığı saatlar, üzərindən isə 3 qrama yaxın narkotik vasitə heroin aşkar edilib.

 

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı