Modern.az

AVRO-2020-də qalib komandaya veriləcək pulun məbləği BƏLLİ OLDU

AVRO-2020-də qalib komandaya veriləcək pulun məbləği BƏLLİ OLDU

Aktual

11 İyun 2021, 09:36

AVRO-2020-nin ümumi mükafat fondu 284,55 milyon funt sterlinq təşkil edir.

 

Modern.az-ın məlumatına görə, 2018-ci ilin fevralında bu rəqəmin 319 milyon olacağı açıqlansa da, koronavirus pandemiyası səbəbindən UEFA və iştirakçılar ölkələr mükafatın azaldılmasını razılaşdırıb.

 

Yeni mükafat fonduna əsasən, Avropa çempionu maksimum 24,29 milyon qazanacaq. Qrupda bütün matçlarda uduzan komanda isə 8 milyonla kifayətlənəcək.

 

24 komandanın hər biri iştirak üçün – 8 milyon


Qrupda hər oyunda qələbə – 860 min

Qrupda hər heç-heçə - 430 min

1/8 finalda iştirak – 1,29 milyon

1/4 finalda iştirak – 2,15 milyon

1/2 finalda iştirak – 3,44 milyon

Finalda məğlubiyyət - 4,03 milyon

Finalda qələbə - 6,88 milyon

 

Qeyd edək ki, bu gün start götürəcək AVRO-2020-nin oyunları 11 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı