Modern.az

Rektor Türkiyədən qayıdan universitet əməkdaşlarını qəbul etdi

Rektor Türkiyədən qayıdan universitet əməkdaşlarını qəbul etdi

مورد توجه

23 Dekabr 2021, 18:39

Türkiyə səfərindən qayıdan Baş müşavir Asif Cavadovu, İnnovasiyalar Deportamentinin müdiri Vasif Həsənovu, Azad Tələbə Həmkarlar İttifaqının sədri Pərviz Adıgözəlovu və Elsevər Nağıyevi qəbul edən Universitet rektoru professor Yusif Yusibov onlarla səmimi danışıqlar aparıb.

 

Modern.az xəbər verir ki, rektor Türkiyə Universitetlərində Azərbaycan ədəbiyyatının müdriklik zirvəsi olan Nizami Gəncəvinin adını daşıyacaq olan sinif otaqlarının açılış mərasimində iştirak edən əməkdaşları dinləyib.

 

Sonda bir daha Türkiyə-Azərbaycan dostluğunun hər bir sahədə vacibliyini bildirən rektor qeyd edib ki, Gəncə Dövlət Universiteti hər zaman olduğu kimi gələcək illərdə də Türkiyə Universitetləri ilə birlikdə təhsil sahəsində yeni uğurlara imza atmağa hər zaman hazırdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı