Modern.az

Xalqın xilaskar oğlu

Xalqın xilaskar oğlu

Aktual

24 Dekabr 2021, 14:18

Bu gün Azərbaycan Respublikasının Prezidenti, ölkənin Ali Baş Komandanı, millətin, dövlətin, xalqın xilaskarı İlham Əliyevin 60 yaşı tamam olur.

Bu təkcə bir fərdin, prezidentin, xilaskarın yubileyi deyil, xalqa bəxş olunan bir işıqlı günün xilaskarlıq gününün, işğaldan azad olunması gününün, millətin sevincinin və sevgisinin qeyd olunduğu bir gündür. Bu qədər millət sevgisi ilə əhatə olunmaq yer üzündə çox az prezidentlərə xas olur. Çox az olur ki, hər kəs öz prezidentini sevə bilsin. Bu sevgini, hissi, anı bu xalqa, millətə verməklə cənab Prezident sanki yubileyi deyil, özünün millətə sevgi təqdimatını edir. Buna görə bu gün bütün xalqımız sevinc içərisindədir ki, cənab Prezidentin yubileyidir.

Prezident İlham Əliyev bu xalqın, millətin taleyində xilaskarlıq rolu oynayan dövlət başçısıdır. Bu da hər kəsə nəsib olmur. Məsələn, ayrı-ayrı dövlətlərin tarixinə baxsaq, görərik ki, bu xalqı birləşdirən, işğaldan azad edən, yeni bir quruluş gətirən ayrı-ayrı dövlət başçıları olub. Onların apardıqları siyasi addımların bəziləri xalqın müəyyən təbəqələrinin istəyini ödəyib. Sonradan nəticə etibarı ilə nə baş veribsə, o tamam başqa məsələdi. Amma müharibə başlananda xalqın hər bir kəsi səfərbər oldu, təpədən dırnağa qədər. Siyasi mövqeyindən, durumundan, həyata baxışından asılı olmayaq, xalq birləşdi, vahid yumruq kimi və millətimiz qələbə çaldı.

2003-cü ildən başlayaraq, Prezident kimi fəaliyyət göstərən cənab İlham Əliyevin ilk atdığı addım ölkənin sosial iqtisadi inkişafı problemlərini həll etdi. Regionların sosial iqtisadi inkişafı proqramının həlli ilə ölkənin iqtisadi qüdrətini gücləndirdi. Neft amilini insan amilinə çevirdi və nəticə etibarı ilə Azərbaycan dünya ya yeni libasda təqdim edildi. Ancaq hər kəsin qəlbində, ürəyində, bütövlükdə dövlətin nisgili mövcud idi. 28-30 il bu nisgil davam etdi. Özünün buna qarşı yönəlmiş  işğalçılıq siyasətində qəti mövqeyini ortaya qoyan Prezident torpağımız yenidən təhlükə altına alınan zaman təhlükənin mövcud olduğu, sərhədlərimizin pozulduğu məqamda özünün xilaskarlıq misiyasını ortaya qoydu. Diplomatik gedişlərlə, dünya diplomatik elminin həyata keçirilməsi yolu ilə, xalqla dövlətin birliyi, hərbimizin gücü, ölkənin iqtisadi qüdrəti nəticəsində güclənmiş ordumuz 44 gün ərzində 200 ildən artıq mövcud olan problemimizi həll etdi. 44 günlük müharibə təkcə ölkənin işğal olunmuş ərazisini azad etmədi. Bu günün, qələbənin özünəməxsus səciyyəvi cəhətləti var.

Birincisi, Azərbaycan bütün gücünü ortaya qoymaqla dünya dövlətlərinə və Ermənistanın arxasında duran qüvvələrə özünün qətiyyətini ifadə etdi.

İkincisi, heç vaxt tarixdə Ermənistan Azərbaycanla üz-üzə qalıb, uğur qazanmayıb. 12 illik təqvimimizn 11 ayında erməni izi, zədəsi, faciəsi var. Bunların hamısının arxasında böyük dövlətlərin durduğu addımın ifadəsi idi. Əti dırnaqdan ayırıb, o dövlətlər ki, daima onun əli üstündə idi bu prosesi həll etdi. Böyük diplomatik yolla. Nəticədə də belə bir əcaib, qorxulu, vahiməli bir əxlaqı olan düşməni məğlub etdi. Nəticədə, təkcə Ermənistan məğlub edilmədi. Böyük Ermənistan ideologiyası 200 ildən sonra hər bir ermənin əxlaqına hakim olan ideologiya dağıldı. Beləliklə, dəfn etməkdə olduğumuz böyük Ermənistan ideologiyasının tabutuna elə bir mismar vuruldu ki, artıq gələcək nəslin bu ideologiyanın əsrinə çevrilməsi mümkün olmayacaq. Dünya erməni lobbilərinin  tamamilə onların vahiməli, güclü olması ideyası puça çıxdı. Özünü demokratiyanın beşiyi adlandıran Avropanın erməni təəssübkeşi olan bir sıra dövlətləri demokratiyasının qara rəngi üzə çıxdı. Bunların içərisində isə kədər, nisgil içərisində yaşayan, daima başıaşağı gəzən valideynlər övladlarının yanında, kişilər xanımlarının yanında, millətimiz digər millətlərin içində başını uca tutmağa başladı. Himnimizi oxuyanda bəzən biz üzüqara görünürdük. “Can tökməyə hazıram, qan tökməyə qadirik..”. Bax indi o himnimizi də oxuyanda bütün bunların hamısı cənab Prezidentin qətiyyətli addımı, diplomatik gedişi, cəsarətli xarakterində olan güc bütün bunları reallaşdırdı.

Bu gün Prezident İlham əliyevin 60 yaşı tamam olur. Yer üzündə bu qədər 60 yaşında, yubiley günündə sevgi ilə əhatə olunan varlıq olmayıb. Millətin bütöv bir sevgisi... Bu qədər heç kəs 60 illik yubileyində millətinə, xaqlına bu qədər sevgi bəxş edə bilməyib. Bu sevgini bəxş edənin və qazanın adı İlham Əliyevdir.

Cənab Prezident xanımı Mehriban xanımla Azərbaycan xalqı üçün qoşa qanaddır. Qoy bu qanadlar güclü olsun, daha ucalıqlara aparsın bu qanadlar insanları. Etdiyi əməllər, millət üçün atdığı addımlar övladlarının gələcək taleyinə hopsun. Əminəm ki, hopub və hopacaq.

Cənab Prezidenti bir millət vəkili kimi mən də bu sevgiyə, xalqa qoşulub təbrik edirəm. Hesab edirəm ki, tarixə hopmuş böyük bir sərkərdənin obrazını belə yaratmaq olar.

A.S.Puşkin “Tunc atlı” poemasında yazır: “Toza və çirkaba batmış Rusiyanı I Pyotr tozun və çirkabın içərisindən çıxarıb dünya dövlətinə çevirdi”. Mən isə deyirəm ki, 200 ildən artıq kədər və qəm içərisində yaşayan, taleyi faciələrlə yoğrulan, əzilən, geriçəkilən bir milləti kədərin və nisgilin içərisindən çıxarıb, sevinc və xoşbəxtlik bəxş etdi cənab Prezident. Allah bu ailəni xoşbəxt etsin. Qaməti tanrı tərəfindən verilən uca boy, qoy həmişə dünya dövlətləri içərisində əməlləri ilə necə uca görünür, elə də davam etsin. Cənab Prezidenti təbrik edirik, can sağlığı arzu edirik. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

 

Fəzail İbrahimli,

Milli Məclis sədrinin müavini.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı