Modern.az

Səlahiyyətlərinə xitam verilən hakimlərin ADLARI

Səlahiyyətlərinə xitam verilən hakimlərin ADLARI

Aktual

24 Dekabr 2021, 16:43

Azərbaycanda bir neçə gün öncə yol verdikləri pozuntulara görə fəaliyyətinə xitam verilən hakimlərin adları məlum olub.

 

Modern.az Qafqazinfo-ya istinadən məlumat verir ki, həmin şəxslər Sumqayıt, Xaçmaz və Bakının Nərimanov rayon məhkəməsinin hakimləridir.

 

Məhkəmə Hüquq-Şurasının dekabrın 20-də keçirilən iclasında vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən üç hakimin səlahiyyətinə xitam verildiyi açıqlanmışdı.

 

Həmin hakimlərin adlarını təqdim edirik:

 

1. Quliyev Vüqar Şahbaz oğlu – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi

 

2. Xəlilov İlkin Ələkbər oğlu – Xaçmaz Rayon Məhkəməsinin hakimi

 

3. Hacıyev Pərviz Əhməd oğlu – Sumqayıt Şəhər Məhkəməsinin hakimi

Bundan başqa, Şirvan Kommersiya Məhkəməsinin hakimi İsmayılov Rafiq Tofiq oğlunun öz ərizəsinə əsasən, səlahiyyətlərinə xitam verilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı