Modern.az

Lukaşenko İlham Əliyevə ZƏNG ETDİ

Lukaşenko İlham Əliyevə ZƏNG ETDİ

Aktual

25 Dekabr 2021, 13:00

Dekabrın 25-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

 

Prezidentin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Aleksandr Lukaşenko dövlətimizin başçısını yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

 

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə təşəkkürünü bildirib.

 

Telefon söhbəti zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

 

Dövlət başçıları əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı