Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə saxlanılan qanunsuz odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, şəhər sakini Rasim Musayev müraciət edərək müvafiq sənədləri olmayan ov tüfəngini və avtomat silahına məxsus 26 ədəd patronu könüllü olaraq polisə təqdim edib.

 

Faktla bağlı araşdırma aparılır.