Modern.az

Ərdoğan dağıntılardan sağ çıxarılanların sayını açıqladı

Ərdoğan dağıntılardan sağ çıxarılanların sayını açıqladı

Aktual

14 Fevral 2023, 14:36

Türkiyədə baş verən zəlzələ zamanı dağılan binaların qalıqları altından 8 min nəfərdən çox insan xilas edilib.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Dünya Hökumət Zirvəsinə göndərdiyi videomüraciətdə bildirib.

 

Onun sözlərinə görə, zəlzələdə xəsarət alan 81 mindən çox vətəndaşın böyük hissəsini evə buraxılıb.

 

“Qalanların müalicəsinə davam edirik. Biz təkcə ölkəmizdə deyil, bəşəriyyət tarixində ən böyük təbii fəlakətlərdən biri ilə üzləşirik. Əsrin fəlakəti olaraq xarakterizə edilən bu zəlzələdə dağılmış minlərlə binanın dağıntılarını təmizlədikcə itkilərimizin sayı da artır”, - Ərdoğan deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı