Modern.az

Qarabağda döyüşən ermənilər Ukraynada əsir düşdülər - VİDEO

Qarabağda döyüşən ermənilər Ukraynada əsir düşdülər - VİDEO

Aktual

14 Fevral 2023, 15:36

Ukraynada müharibə davam edir.

 

Modern.az xəbər verir ki, Baku TV-nin Ukraynada olan əməkdaşı ölkədə baş verən son məlumatları çatdırıb. O, bildirib ki, Ukraynanın Dnepropetrovsk, Odessa, Nikolayev, Xerson, Donetsk, Xarkov vilayəti yenidən raket hücumuna məruz qalıb.

 

“Ötən gün Xerson və Donetsk vilayətində Rusiya ordusunun və separatçıların batalyonu məhv edilib, həmçinin xeyli əsir götürülüb”, - deyə jurnalist əlavə edib.

 

Qeyd edilib ki, son vaxtlar əsir götürülənlər arasında ermənilər üstünlük təşkil edir: “Hətta onlardan bəzilərinin I Qarabağ müharibəsində döyüşənlər olduğu da bildirilir”.

 

M.Aslanov əlavə olaraq deyib ki, ABŞ Prezidentinin Polşaya səfəri gözlənilir və bu səfərdən sonra Ukraynaya yeni növ silahların verilməsi ehtimal olunur.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı