Modern.az

Yeni layihə: “Qadın – ana və yaranışdır”

Yeni layihə: “Qadın – ana və yaranışdır”

مورد توجه

13 Fevral 2023, 16:18

“İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qadın – ana və yaranışdır” layihəsinə start verib.

 

İctimai birliyin rəhbəri Fəridə Mirişova Modern.az-a bildirib ki, layihənin əsas məqsədi məişət zorakılığına, qadınlara qarşı ayrı-seçkiliyə son qoyulmasını milli-mənəvi dəyərlər əsasında təşviq etmək və audiovizual vasitələrin köməyi ilə nümunəvi ailə modelini müəyyənləşdirməkdir.

 

F.Mirişova qeyd edib ki, məişət zorakılığının, qadınlarla bağlı diskriminasiyanın qarşısını almaq, bərabərhüquqlu cəmiyyət yaratmaq günün tələbidir: “Təəssüflər olsun ki, qadınlara qarşı zorakılıq, məişət müstəvisində onların hüquqlarının pozulması hələ də aktualdır. Bu problemin aradan qaldırılması üçün layihə və tədbirlərin keçirilməsinə ehtiyac var. Bu problem xüsusən regionlarda daha geniş yayılıb. Ona görə, layihəmiz Salyan və Neftçala rayonlarında yaşayan qadınları əhatə edəcək”.

 

Layihə rəhbəri onu da bildirib ki, QHT layihə çərçivəsində ailə anlayışı, milli mənəvi dəyərlərimizdə ana, qadın və qız, ata, həyat yoldaşı və oğulun rolu, ailə münasibətlərinin tənzimlənməsi əvvəlcədən keçirilmiş sorğulara uyğun olaraq hədəf qruplarını narahat edən problemlər üzərindən müzakirə ediləcək. Mövzulara uyğun ədəbi əsərlərin müzakirəsi, teatr tamaşalarına, bədii və sənədli filmlərə birgə baxış və təəssüratların paylaşılması nəzərdə tutulur.

 

Layihə 3 ay müddətində icra ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı