Modern.az

FHN-in növbəti humanitar yardımı Türkiyəyə çatıb - VİDEO

FHN-in növbəti humanitar yardımı Türkiyəyə çatıb - VİDEO

Aktual

14 Fevral 2023, 17:26

Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımından ibarət üçüncü avtomobil karvanı Türkiyəyə çatıb.

 

Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 11 fevral tarixində yola salınmış Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan bu gün qardaş ölkəyə çatıb.

 

Kahramanmaraş rayonuna gələn çadır və qızdırıcılardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı