Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsrailin Avropa İttifaqı (Aİ) və NATO-dakı səfiri Haim Regevlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə C.Hüseynzadə "Twitter" hesabında bildirib.
"Biz NATO tərəfdaşlığı, regiondakı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdik. Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndiririk", - deyə azərbaycanlı diplomat bildirib.