Modern.az

Bakı İrəvanın göndərəcəyi təklifləri rədd edəcək - ŞƏRH

Bakı İrəvanın göndərəcəyi təklifləri rədd edəcək - ŞƏRH

Aktual

14 Fevral 2023, 23:31

Bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, onlar rəsmi Bakının İrəvana göndərdiyi sülh müqaviləsinin mətni üzərində işləyirlər. Qriqoryanın sözlərinə görə, tezliklə sülh müqaviləsinin mətni Azərbaycana təqdim ediləcək.


Modern.az xəbər verir ki, Qriqoryanın açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu gözləntilərinin müsbət olmadığını deyib:

 

“Görünür, İrəvan ötən ilin mart ayında olduğu kimi rəsmi Bakının göndərdiyi təkliflərə elə bəndlər əlavə edəcək ki, sülh sazişinin mətnini razılaşdırmaq yenə mümkün olmayacaq.
 

Məsələn, Qriroqyan İrəvanın təkliflərində Qarabağla bağlı maddələrin olduğunu bildirib. Elə bu “bəndin” əlavə edilməsi kifayətdir ki, mətni bəri başdan rədd edəsən”.

 

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ötən ilin mart ayında İrəvana 5 baza prinsipinə əsaslanan təkiflərini göndərmişdi.

 

Həmin təkliflər bunlardır:

 

1. Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüynüü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

 

2. Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

 

3. Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

 

4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

 

5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı