Modern.az

Belə zəlzələnin olacağı gözlənilmirdi - Kanadalı professor

Belə zəlzələnin olacağı gözlənilmirdi - Kanadalı professor

Aktual

15 Fevral 2023, 10:54

Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş zəlzələ bir çox seysmoloqun gözləmədiyi böyük hadisə idi.

 

Modern.az xəbər verir ki, bunu Kanadanın Viktoriya Universitetinin yer və okean elmləri fakültəsinin professoru Edvin Nissen bildirib.

 

Professor keçmişdə Şərqi Anadolu fay xəttində baş verən zəlzələlərin 6.8-7 bal civarında olduğunu xatırladıb.

 

"6,8 bal gücündə olan zəlzələ meydana gələn enerji baxımından 7,8 bal gücündəki zəlzələdən 30 dəfə zəifdir. 7,8 və 6,8 bal gücündəki zəlzələlər arasında böyük fərq var. Bu, bir çox seysmoloqun gözləmədiyi böyük zəlzələdir", - deyə Nissen qeyd edib.

 

Kanadalı professor Türkiyənin 1000 illik zəngin tarixə malik olduğunu, 100 il əvvələ qədər böyük zəlzələ qeydlərinin müşahidə edildiyini vurğulayıb və bu bölgədə heç kimin 7,8 bal gücündə zəlzələ olacağını gözləmədiyini bildirib.

 

Nissen Şərqi Anadolu xəttində 7 bal gücündəki böyük zəlzələlərin XX əsrdə və ondan əvvəl baş verdiyini, Türkiyədə qeydə alınan yeraltı təkanların təəccüb doğurduğunu vurğulayıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 35 mindən çox insan həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı