Modern.az

İtaliya prezidenti Azərbaycana gələcək

İtaliya prezidenti Azərbaycana gələcək

Aktual

14 İyul 2018, 17:48

 İtaliya Prezidenti Sergio Mattarella Azərbaycana dövlət səfəri edəcək.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, S.Mattarella iyulun 17-də axşam Gürcüstana səfərindən sonra Bakıya gələcək.

 

Səfərin məqsədi İtaliya və Azərbaycan arasında iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirməkdir.

Səfər çərçivəsində iyulun 18-də S.Mattarellanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Sergio Mattarella ADA Universitetində mühazirə ilə çıxış edəcək, iyulun 19-da isə İtaliya-Azərbaycan biznes forumunda iştirak edəcək.

 

Səfər iyulun 19-da başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı