Əfqanıstan təhlükəsizlik xidməti və Hərbi Hava Qüvvələri sutka ərzində 11 quru və 19 hava əməliyyatı həyata keçirib.
Modern.az Əfqanıstan Milli Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, birgə keçirilən əməliyyatlar nəticəsində ən azı 162 silahlı məhv edilib.
“Əfqanıstan təhlükəsizlik qüvvələri 11 birgə əməliyyat və 19 hava zərbəsi həyata keçirib” – bəyanatda deyilir.
Bəyanatda həmçinin əməliyyatların ölkənin 14 vilayətində keçirildiyi də qeyd edilib.
Nazirliyin məlumatına görə ölənlər arasında “Taliban” hərəkatının 7 səhra komandiri də var.
Əvəz ZEYNALOV