Modern.az

Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Aktual

10 İyun 2021, 14:02

Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 11-dən 14-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, 12-i səhər yarımadanın bəzi yerlərində arabir  20 m/s-dək güclənəcəyi gözlənilir. 

 

İyunun 14-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı