Modern.az

Latviyalı deputatlar Ağdamda erməni vəhşiyinə şahid oldular

Latviyalı deputatlar Ağdamda erməni vəhşiyinə şahid oldular

Aktual

10 İyun 2021, 18:08

İyunun 8-dən Latviya Parlamentinin Latviya-Azərbaycan dostluq qrupunun üzvləri Azərbaycandadır.

Üzvlərin səfərləri, görüşləri və keçirilən iclaslarla bağlı Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov Modern.az-a danışıb.


Onun sözlərinə görə, ikitərəfli əlaqələr yüksək səviyyədə qurulur:

 

“Latviyalı qonaqlar ilk olaraq parlamentimizin spikeri Sahibə Qafarova tərəfindən qəbul edildi. Xanım spiker 44 günlük Vətən müharibəsi nəzicəsində azad edilmiş torpaqlarımızda ermənilər tərəfindən törədilən vəhşiliklər, həmin ərazilərdə görülən tikinti işləri haqqında məlumat verdi. Görüşlər zamanı ikitərəfli parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə olundu. Eyni zamanda, dostluq qrupları arsında da görüş keçirildi.  Daha sonra Xarici İşlər Nazirliyi ilə görüş təşkil edildi. Xüsusilə ikitərəfli parlamentlər arasında olan əməkdaşlığın gücləndirlməsi, əməkdaşlıq prespektivləri müzakirə olundu. Əsas olaraq, müharibədən əvvəl və müharibə zamanı Latviyanın ayrı-ayrı vəzifəli rəsmilərinin Azərbaycana dəstək göstərməsi məsələlərinə diqqət çəkildi. Çünki Latviya həmin ərəfələrdə Azərbaycana dəstəyini və ərazi bütövlüyünün bərpasını dəfələrlə rəsmi olaraq bəyan etmişdi”.

Kamran Bayramov həmçinin səfərlər haqqında da məlumat verib:

“İlk olaraq Gəncə şəhərinə səfər  olundu. Ermənilər tərəfindən dağıntılara məruz qalmış yaşayış massivlərininin və şəhid olmuş vətəndaşların qəbirlərinin şahidi oldular. Eyni zamanda, Ağdam şəhərinə də səfər edildi. Cümə məscidi və keçmiş Ağdam teatrının qalıqlarını gördülər. Cənab prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov onlara Ağdamın işğal tarixi, işğal zamanı törədilən cinayətlər haqqında geniş məlumat verdi”.

 

Aysel Məhərrəmova


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı