Modern.az

“Zərif, yumşaq güc” diplomatiyamızın rəmzi və  təhsilimizin himayədarı

“Zərif, yumşaq güc” diplomatiyamızın rəmzi və  təhsilimizin himayədarı

مورد توجه

25 Avqust 2021, 11:49

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz çoxşaxəli ictimai və siyasi fəaliyyəti haqqında xeyli yazmaq olar. Bu fəaliyyətin yalnız iki istiqaməti barədə qısa mülahizələrimi bildirməyi vacib hesab edirəm.

         

Birincisi, beynəlxalq aləmdə yürüdülən humanitar fəaliyyət ölkəmiz və millətimiz haqqında düzgün məlumatların yayılmasına, hədəflərə çatmağa kömək edib və edir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliya, Fransa, ABŞ və digər ölkələrdə kilsələrdə apardığı təmir işləri, məktəblərin tikintisi və digər fəaliyyətləri  “zərif, yumşaq  güc”, mədəniyyət diplomatiyası kimi tarixi əhəmiyyətlidir.  Millətimizin qanından və minilliklər ərzində formalaşmış həyat tərzindən irəli gələn belə işlər ölkəmizdə digər dinlərə olan hörmət və ehtiramı göstərir. Ölkəmizdə keçirilən mədəniyyətlərarası, sivilizasiyalararası dialoq forumları Azərbaycanın birləşdirici məkan, güc olduğunu təsdiq edir.

 

Beynəlxalq aləmdə Azərbaycan haqqında ictimai rəyin düzgün formalaşmasında və 44 günlük müharibədə qələbə qazanılmasında hərbin gücü ilə yanaşı “zərif, yumşaq güc”, mədəniyyət diplomatiyası müstəsna rol oynadı, işğalçı Ermənistanın, lobbisi və diasporasının uydurduğu “xristian-müsəlman” savaşı mifi puça çıxdı. Bu, Mehriban xanım Əliyevanın dövlətimiz və millətimiz qarşısında tarixi xidmətlərindən biridir.    

 

İkincisi, Mehriban xanım Əliyevanın millətimizin gələcəyi olan təhsilimizin himayədarı kimi xidmətləri böyükdür. Bilavasitə onun təşəbbüsü ilə ölkəmizin hər bir yerində, o cümlədən, Yardımlı rayonunda məktəb binaları tikilib, müasir avadanlıqlarla təchiz edilib. Təhsil sahəsində çoxlu uğurlu layihələr həyata keçirilib və beynəlxalq əlaqələr genişlənib.

       

Mədəniyyət və təhsil sahəsində fəaliyyəti ilə Mehriban xanım Əliyeva ölkəmizin coğrafi-siyasi sərhədlərini aşaraq millətimizə başucalığı gətirir.

 

Musa Qasımlı,

Milli Məclisin deputatı,

AMEA-nın müxbir üzvü, professor

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı