Modern.az

Yeni hakimlərin təyinatı ilə bağlı məsələ Milli Məclisə tövsiyə olundu

Yeni hakimlərin təyinatı ilə bağlı məsələ Milli Məclisə tövsiyə olundu

Актуально

23 Dekabr 2021, 18:37

Azərbaycanda apellyasiya məhkəmələrinə 8 hakim təyinatı ilə bağlı qərar layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 23-də onlayn formatda keçirilən iclasında qərar qəbul edilib.

 

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi üzrə Hüseyn Cavid Vaqif oğlu, Oruczadə Aytən Pənah qızı, Gəncə Apellyasiya Məhkəməsi üzrə Həsənov İslam Telman oğlu, İsgəndərova Aygül Vulqar qızı, Sumqayıt Apellyasiya Məhkəməsi üzrə Məmmədov Zahid Tahir oğlu, Şəki Apellyasiya Məhkəməsi üzrə Cavadova Günay İsmayıl qızı, Şirvan Apellyasiya Məhkəməsi üzrə Abdullayev İlkin Qismət oğlu və İsmayılov Orxan Nadir oğlunun hakimliyə namizədlikləri irəli sürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı