Modern.az

Rusiyada ticarət mərkəzində YANĞIN

Rusiyada ticarət mərkəzində YANĞIN

Aktual

25 Dekabr 2021, 15:21

Rusiyanın Tomsk şəhərində "Lenta" ticarət mərkəzində yanğın baş verib.

 

Modern.az xəbər verir ki, hadisə ilə əlaqədar binadan 650 nəfər təxliyə olunub. Xəsarət alanların olmadığı deyilir.

 

20 kvadratmetr ərazini əhatə etmiş yanğının qarşısı alınıb.

 

Xatırladaq ki, dekabrın 21-də Tomskda "Lenta" şəbəkəsinin digər mağazasında da güclü yanğın olmuşdu.

 

Yanğın 5 min kvadratmetrlik sahəni əhatə etmiş, ticarət mərkəzinin 3 500 kvadratmetrlik sahəsinin damı çökmüşdü. Binadan 200 nəfər təxliyə olunmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı