Modern.az

Saakaşvilinin xəstəxanadan yeni VİDEOSU yayıldı

Saakaşvilinin xəstəxanadan yeni VİDEOSU yayıldı

مورد توجه

13 Fevral 2023, 14:20

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin xəstəxanadan yeni videosu yayılıb. 

 

Modern.az CNN-ə istinadən xəbər verir ki, xəstəxananın müşahidə kamerasına düşən görüntülərdə onun çarpayıya çatmadan yıxıldığı görünür.

 

Saakaşvili 2021-ci ildə həbs edib, o, Rustavi şəhərinin həbsxanasında saxlanılırdı. 2022-ci ilin may ayından səhhəti pisləşdiyi üçün “Vivamed” özəl klinikasına yerləşdirilib. 

 

8 ildən sonra ölkəsinə qayıdan sabiq prezident 2007-ci ildə müxalifətin mitinqini dağıtmaqda, “İmedi” telekanalının təsisçisi Badri Patarkaçişvilinin əmlakını müsadirə etməkdə, korrupsiyada, vəzifə səlahiyyətlərindən sui-istifadədə və deputatı döyməkdə ittiham olunur. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı