Modern.az

Ağacların dibi asfaltdan təmizlənib - FOTOLAR

Ağacların dibi asfaltdan təmizlənib - FOTOLAR

Aktual

14 Fevral 2023, 14:48

Suraxanı rayonu, Sakit Qocayev və Əhməd Mehbalıyev küçələrində ağacların dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

 

Xidmət rəsmisi Qafar Ağayev Modern.az-a bildirib ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının nəzarəti altında ağacların dibi Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib. 

 

“Gələcəkdə belə hallara yol verilməməsi üçün Suraxanı Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub”.

Ağacların dibi asfaltdan təmizlənib - FOTOLARAğacların dibi asfaltdan təmizlənib - FOTOLARAğacların dibi asfaltdan təmizlənib - FOTOLAR

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı