Modern.az

İndiyədək 513 nəfər təxliyə olunub - XİN

İndiyədək 513 nəfər təxliyə olunub - XİN

Aktual

14 Fevral 2023, 21:27

Türkiyənin zəlzələ bölgəsindən təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

 

Bu barədə Modern.az-a Azərbaycan XİN-dən məlumat verilib.

 

Bildirilib ki, zəlzələ baş vermiş gündən etibarən 513 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub. 
 

Zəlzələnin baş verdiyi Kahramanmaraş, Hatay, Adana, Malatya, Adıyaman, Qaziantep, Şanlıurfa, Osmaniyə, Kilis və Diyarbakırda təxliyə prosesi davam etməkdədir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı