Modern.az

Vitali Balasanyana qarşı cinayət işi AÇILDI

Vitali Balasanyana qarşı cinayət işi AÇILDI

Aktual

14 Fevral 2023, 22:52

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı qurumun "təhlükəsizlik şurasının keçmiş katibi" Vitali Balasanyana qarşı cinayət işi açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Makinfo" nəşri məlumat yayıb.

 

Cinayət işinin korrupsiya ilə əlaqəli olduğu bildirilir. Məlumata görə, hazırda daha bir neçə iş üzrə materiallar hazırlanır.

 

Cinayət işinin detalları hələlik ictimaiyyətə açıqlanmayıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı