Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 2 saylı sağlamlıq imkanları məhdud uşaqların sosial xidmət müəssisəsində olub.
Modern.az xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.
Leyla Əliyeva müəssisənin işçi heyəti və sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb, onlara göstərilən qayğı və yaşayış şəraiti ilə tanış olub.