Modern.az

Narkotikin təsiri altında mikroavtobus SÜRDÜ

Narkotikin təsiri altında mikroavtobus SÜRDÜ

Aktual

15 Fevral 2023, 10:04

Daşkəsən Rayon Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı yük avtomobilinin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Nemət Süleymanov narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.

 

Müayinənin nəticəsinə əsasən N. Süleymanovun narkotik vasitədən istifadə etdiyi məlum olub. Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı