Modern.az

“Jeep” qarda qaldı, köməyə FHN gəldi - VİDEO

“Jeep” qarda qaldı, köməyə FHN gəldi - VİDEO

Aktual

15 Fevral 2023, 11:18

İsmayıllıda avtomobil buzlu yolda qalıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonun Lahıc qəsəbəsində içərisində 1 nəfərin olduğu “Jeep” markalı minik avtomobilinin yolsuzluq şəraitində qalması səbəbi ilə “112” qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

 

Müraciətlə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Görülən tədbirlər nəticəsində avtomobil təhlükəsiz əraziyə çıxarılıb və hərəkəti təmin edilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı