Bakıda silahlı şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini Fuad Musayev saxlanılıb.
Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 patron aşkar olunaraq götürülüb.