Modern.az

Ömər Eldarovun yerinə gətirilən rektor KİMDİR... - DOSYE

Ömər Eldarovun yerinə gətirilən rektor KİMDİR... - DOSYE

مورد توجه

15 Fevral 2023, 15:28

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Ömər Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib. Digər bir sərəncamla Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

 

Modern.az yeni rektorun tərcümeyi-halını təqdim edir:

 

Heykəltəraş, professor Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakı şəhərində anadan olub. 1974-1978-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub və buranı "Fərqlənmə diplomu" ilə bitirib. O, 1978-1983-cü illərdə V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbində təhsil alıb.

 

Natiq Əliyev 1980—1983-cü illərdə Lenin təqaüdçüsü olub. O, 2005-ci ildə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adını alıb, 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib.

 

Professor Natiq Əliyev Bakı şəhərində yerləşən Əliağa Vahidin abidəsinin, Kiyev, Tbilisi, Həştərxan, Belqrad şəhərlərindəki Heydər Əliyevin abidələrinin, Sarayevo, Mexiko, Ankaradakı Xocalı soyqırımı abidələrinin, Şəki şəhərindəki Norveç səyyahı Tur Heyerdalın və Bəxtiyar Vahabzadənin abidələrinin və bir çox digər əsərlərin müəllifidir.

 

Bundan başqa, memar Zivər bəy Əhmədbəyovun (Bakı, 2011) abidəsi, Amaliya Pənahovanın qəbirüstü abidəsinin, Fələki Şirvani, Əfzələddin Xaqani, İzəddin Şirvani, İmadəddin Nəsimi, Şirvanşah I İbrahim, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Sultanməcid Qənizadə, Mirzə Məhəmmədhəsənin Şamaxı şəhərində ucaldılmış büstləri N.Əliyevin əsərləridir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı