Modern.az

Ramazanın 10-cu günü - İmsak və iftar vaxtı, dua

Ramazanın 10-cu günü - İmsak və iftar vaxtı, dua

Aktual

31 Mart 2023, 22:52

Sabah Ramazan ayının onuncu günüdür.

 

Modern.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan təqviminə əsasən, aprelin 1-də imsak vaxtı saat 04:58-də, iftar vaxtı isə 19:19-dadır.

 

10-cu günün İmsak duası:

 

“Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin”.

 

Tərcüməsi:

 

“İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!”

 

İftar duası:

 

“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

 

Tərcüməsi:

 

“İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

 

Allah orucunuzu qəbul etsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı