Modern.az

"İşə düzəldəcəm" deyib, 7500 manatını OĞURLADI

Hadisə

5 Avqust 2022, 09:33

Ağdaş rayon sakini, 1987-ci il təvəllüdlü Pərvin Əliyevin işə düzəltmək adı altında tanışının pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

 

Ağdaş rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırmalarla Pərvin Əliyevin tanışına oğlunun dövlət qurumuna köçürülmə qaydasında işə düzəldilməsində köməklik göstərəcəyi vədi verib ümumilikdə onun 7 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər