Bakıda qəza baş verməsi artıq adi xəbərə çevirilib. Amma budəfəki qəza digərlərindən tragikomik olması ilə seçilir.
Modern.az xəbər verir ki, kuryoz qəzanın anbaan görüntüləri sosial şəbəkələrdə yayılıb.
Belə ki, sürücü aşağı sürətlə idarə etdiyi maşını park vəziyyətində olan “Mercedes-Benz” markalı avtomobilə toxundurub və nəticədə nəqliyyat vasitəsini aşırıb.
Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla, eyni zamanda gülüşlə qarşılanıb. Xoşbəxtlikdən sürücü hadisə nəticəsində xəsarət almayıb.
Həmin görüntüləri təqdim edirik: