Modern.az

Qohumunun maşınını oğurlayan şəxs TUTULDU 

Qohumunun maşınını oğurlayan şəxs TUTULDU 

Hadisə

10 İyun 2023, 15:00

Binəqədidə vətəndaşın avtomobilini onunla birgə yaşayan qohumu oğurlayıb.

 

Modern.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə iyunun 9-da səhər saatlarında Biləcəri qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

 

Araşdırmalarla vətəndaşın mobil telefonunu və nəqliyyat vasitəsinin açarını onunla birgə yaşayan qohumu İsrayıl Əlixanovun oğurlaması və avtomobili qaçırması müəyyənləşib.

 

Polis əməkdaşlarının keçirdikiləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əlixanov Bakı-Quba yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb.

 

Faktla bağlı araşdırmalar davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?