TRIPP layihəsinin praktiki icrası mərhələsinə keçirik.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanparlamentdə hökumət saatı zamanı çıxışında bildirib.
"Bunun üçün Ermənistan-Azərbaycan sərhədinin cənub hissəsində kommunikasiyaların çəkilməsi üçün zəruri olan ərazidə delimitasiya və demarkasiya işləri aparılmalıdır", - deyə o bildirib.
Paşinyan qeyd edib ki, Dublin şəhərində Azərbaycan Prezidenti ilə görüşündə daha əvvəl əldə olunmuş razılaşmalar bir daha təsdiqlənib.
Ermənistanın Baş naziri “Real Ermənistan” konsepsiyasına uyğun olaraq, hakimiyyətin heç bir ərazini güzəştə getmədiyini və belə bir niyyətinin olmadığını vurğulayıb.
“Belə bir gündəm ümumiyyətlə yoxdur”, – deyə Paşinyan bildirib.