Modern.az

"8 Noyabr"dakı dəhşətli qəzada ölən qadın KİMDİR... - VİDEO

Hadisə

6 Dekabr 2023, 10:02

Dünən saat 11 radələrində Xətai rayonu, 8 Noyabr prospektində yolu keçərkən “KİA” markalı avtomobilin vurub öldürdüyü qadının kim olduğu məlum olub.

 

Modern.az xəbər verir ki, həyatını itirən qadın Bakı sakini 1952-ci il təvəllüdlü Əliyeva Lyüdmila Aleksandrovnadır.

 

Hadisə ilə bağlı Xətai RPİ-də cinayət işi başlanılıb.

 

Qeyd edək ki, dünən DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hadisənin görüntülərini yayıb. Görüntülərdə Dursunəli İsmayılovun idarə etdiyi avtomobilin piyadalar üçün nəzərdə tutulmamış yerdən yolu keçən qadını necə vurması əks olunub.

 

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?