Modern.az

Ötən il avtobus sürücüləri 42 qəza törədiblər - 24 nəfər ölüb

Ötən il avtobus sürücüləri 42 qəza törədiblər - 24 nəfər ölüb

21 Fevral 2024, 10:42

Təəssüflə qeyd edirik ki, 2023-cü il ərzində respublika ərazisində avtobus və mikroavtobus sürücülərinin təqsiri ucbatından 42 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciətində deyilir.

 

Məlumata görə, nəticədə 24 nəfər həyatını itirib, 37 nəfər isə yaralanıb.

 

Qeyd olunub ki, maddi zərərlə nəticələnən 2560 yol-nəqliyyat hadisəsində sözügedən sahədə çalışan sürücülərin bilavasitə iştirakı da, bu sahədə vəziyyətin qənaətbəxş olmadığından xəbər verir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri