Modern.az

Ağdamda mina partladı - ANAMA-nın əməkdaşı ağır yaralandı

Ağdamda mina partladı - ANAMA-nın əməkdaşı ağır yaralandı

28 May 2024, 11:11

İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

 

Bildirilib ki, ANAMA-nın əməkdaşı - 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində onun sol ayağı topuq nahiyəsindən amputasiya olunub.

 

"Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir", - məlumatda qeyd edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri