Modern.az

Qəzada ölənlər Vətən müharibəsi iştirakçıları imiş - FOTO

Qəzada ölənlər Vətən müharibəsi iştirakçıları imiş - FOTO

20 İyun 2024, 21:00

Füzuli-Ağdam yolunda baş verən qəzada həlak olan Murad Müsədirov əslən Qazax rayonunun Aslanbəyli kəndindəndir.

 

Modern.az-ın məlumatına görə, tabor komandiri olan mayor Müsədirov həm Aprel döyüşlərində, həm Vətən müharibəsində, həm də antiterror əməliyyatlarında iştirak edib.

 

O, Sumqayıt şəhərində yaşayırdı. Ailəli və iki övlad sahibi idi.

 

***

20:31

Xəbər verdiyimiz kimi, ötən gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib. Nəticədə sürücü və sərnişini M.Müsədirov hadisə yerində həyatını itiriblər.

 

Modern.az-ın məlumatına görə, həyatını itirən hər iki şəxs zabit olub.

 

Həlak olan Müsədirov Murad Aydın oğlu mayor rütbəsini daşıyırdı. O, Vətən müharibəsində iştirak edib və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Müharibə zamanı kapitan rütbəsini daşıyıb.

 

Həyatını itirən digər hərbçi isə Mustafayev Kənan Tapdıq oğlu olub. O da Vətən müharibəsi iştirakçısıdır və baş leytenant rütbəsini daşıyıb. Müharibə zamanı leytenant olan Kənan “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif olunub.

 

Həlak olan hərbçilərin fotolarını təqdim edirik:

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq