Modern.az

Balakəndə ağır qəza - Türkiyə vətəndaşı öldü

Balakəndə ağır qəza - Türkiyə vətəndaşı öldü

21 İyun 2024, 21:28

Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, qəza Yevlax – Zaqatala – Gürcüstanla dövlət sərhədi yolunun Katex kəndindən keçən hissəsində qeydə alınıb.

 

Balakən sakini, 48 yaşlı Kənan Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobil Türkiyə vətəndaşı, 32 yaşlı Mustafa Makar Nureddin oğlunun idarə etdiyi iritonnajlı yük maşınına (TIR) çırpılıb.

 

Nəticədə Kənan Ağayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyiti avtomobildə sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb ediliblər.

 

Meyit çıxarılaraq müvafiq qaydada təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təbrizdə ifa olunan Azərbaycan mahnısı İranı silkələdi