Modern.az

Şamaxıda kütləvi zəhərlənmə - Toyda iştirak edən 21 nəfər...

Şamaxıda kütləvi zəhərlənmə - Toyda iştirak edən 21 nəfər...

Hadisə

17 İyul 2024, 09:24

Şamaxıda baş verən hadisənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalara başlanılıb.

 

Qurumdan Modern.az-a verilən xəbərə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyani sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

 

İlkin ehtimallara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

***

08:56

 

Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, hadisə Şamaxının Məlikçobanlı kəndində qeydə alınıb.

 

İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

 

10 yaxın sakin təcili tibbi yardım avtomobili ilə, digərləri isə xəstəxanaya özləri gəlib.

 

Hazırda vəziyyətlərinin normal oldugu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.(APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri