Modern.az

Bakıda 75 yaşlı qadın evində döyülüb -Soyğunçuluq

Bakıda 75 yaşlı qadın evində döyülüb -Soyğunçuluq

Hadisə

23 İyul 2024, 10:46

Nizami rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

 

Modern.az DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən 75 yaşlı qadın yaşadığı evin dəhlizində naməlum şəxsin ona zor tətbiq edərək qızıl boyunbağısını talamasını bildirib.

 

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı Adil Behbudov müəyyən olunaraq saxlanılıb.

 

Ondan marixuana aşkar olunaraq götürülüb.

 

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB