Modern.az

Rəcəbov onlarla şahmat oynamaq istəyir 

Rəcəbov onlarla şahmat oynamaq istəyir 

31 Mart 2023, 20:52

Qrossmeyster Teymur Rəcəbov tanınmış idmançılardan kiminlə şahmat oynamaq istədiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, “Çempionat” saytına müsahibəsində danışıb.

 

“Çox ehtimal ki, tennisçilərlə. Uzun illər pərəstişkarı olduğum Rocer Federer ilə, eləcə də Rafael Nadal və Novak Cokoviçlə ola bilər. Bax, bu möhtəşəm üçlüklə.

 

Eyni zamanda? Niyə də yox? Mən bu dahi idmançılarla təkcə oynamaq deyil, həm də sadəcə ünsiyyət saxlayardım. Onlarla kəlmə kəsmək, şəkil çəkdirmək fürsətim olub. Lakin qarşımda elə vəzifə durmayıb ki, mütləq oturub onlarla söhbət edim. Bu, Londonda “O2-arena”da ATP-nin yekun turnirində olub. Mənə çox maraqlıdır, doğrudanmı Novak Cokoviç şahmatda yaxşı oynayır, yoxsa Boris Bekker ilə şahmat taxtası arxasında oturanda sadəcə imic fotoları çəkdirir?”, - deyə tanınmış şahmatçı vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar